KÖFN dağılır? — Qrup üzvləri bir-birlərini sildilər

DÜNYA 04 iyl 2024, 20:59
“Bir Tek Ben Anlarım” mahnısı ilə məşhurlaşan KÖFN qrupundan üzücü xəbər gəlib. 

Demokrat.az
xəbər verir ki, qrup üzvləri Salman Tin və Bilge Kağan Etil sosial media hesablarından bir-birini silib. 

Yaxın dostluğu ilə tanınan qrup üzvlərinin gözlənilməz addımı qrupun dağıldığına dair iddiaların ortaya çıxmasına səbəb olub.

Bu iddialardan sonra Salman Tin X hesabında "Həyatdı da" notu ilə paylaşım edib. 

Qeyd edək ki, qrup 2022-ci ildə təşkil edilən “Altın Kelebek” Mükafatlarında “Ən Yaxşı Çıxış edən Müğənni” və “Ən Yaxşı Mahnı” mükafatlarını qazanıb. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top