Dünya Özəl

KÖFN dağılır? — Qrup üzvləri bir-birlərini sildilər

KÖFN dağılır? — Qrup üzvləri bir-birlərini sildilər

“Bir Tek Ben Anlarım” mahnısı ilə məşhurlaşan KÖFN qrupundan üzücü xəbər gəlib.

Demokrat.az xəbər verir ki, qrup üzvləri Salman Tin və Bilge Kağan Etil sosial media hesablarından bir-birini silib.

Yaxın dostluğu ilə tanınan qrup üzvlərinin gözlənilməz addımı qrupun dağıldığına dair iddiaların ortaya çıxmasına səbəb olub.

Bu iddialardan sonra Salman Tin X hesabında "Həyatdı da" notu ilə paylaşım edib.

Qeyd edək ki, qrup 2022-ci ildə təşkil edilən “Altın Kelebek” Mükafatlarında “Ən Yaxşı Çıxış edən Müğənni” və “Ən Yaxşı Mahnı” mükafatlarını qazanıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova