Göbələyin hansı fayda və zərərləri var?

MARAQLI 30 iyn 2024, 10:31

"Göbələk mədə xorası, bağırsaq xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı olan insanlar üçün əks göstərişdir".

Bu barədə rusiyalı həkim Nadejda Podkorytova məlumat verib.

"Mədə-bağırsaq xəstəlikləri zamanı göbələk yemək olmaz. Əlavə olaraq allergiya xəstələri də bu məhsuldan çəkinməlidirlər", - deyə həkim bildirib.

O qeyd edib ki, kolit, qastrit, duodenit, pankreatit, xora, böyrək və ya qaraciyər çatışmazlığı olan insanlar göbələkli yeməklərdən çəkinməlidirlər:

"Göbələkdəki vitamin və zülal tərkibinə görə sağlam insanlar üçün faydalıdır. Diabetli insanlar üçün bu məhsul şəkər səviyyələrini idarə etməyə kömək edəcək. Göbələkdən çox istifadə etməməlisiniz. Tövsiyə olunan gündəlik porsiya 100-200 qramdır".(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top