Süni intellekt UEFA-nın iş açdığı "Bozqurd" işarəsini şərh etdi

GÜNDƏM 04 iyl 2024, 22:20
Süni intellekt vasitəsi ChatGPT Avstriyaya qol vurduqdan sonra boz qurd işarəsi göstərə və UEFA tərəfindən haqqında araşdırma başladılan futbolçu Merih Dəmiralın qol sevincini şərh edib. 

Demokrat.az xəbər verir ki, ChatGPT, "Dəmiralın bu addımı həm meydanda uğurun təntənəsi, həm də milli birlik və həmrəylik mesajıdır" şəklində ifadə edib.

ChatGPT, şərhinə davam edərək, "Qurt işarəsi, dərin türk tarixi və mədəniyyətinə söykənən milli duyğuları ifadə edən güclü bir simvoldur. Merih Dəmiralın bu işarəni etməsi həm fərdi, həm də Türk millətinə sədaqətini ifadə etmənin bir yoludur. Bu cür simvollar milli kimliyin və mədəni irsin idmandan kənarda yaşatılmasında əhəmiyyətli rol oynayır" deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top