“Agentliyin indiyə qədər keçirdiyi bütün müsabiqələrdə bu kriteriya çox dəqiq gözlənilir”

MEDİA 20 iyn 2024, 17:43
Ədalətli seçim oldu. Medianın İnkişafı Agentliyinin onlayn media subyektləri arasında keçirdiyi müsabiqənin nəticələrini belə qiymətləndirirəm. 

MEDİA Agentliyi fəaliyyətə başladığı gündən qarşısına qoyulan missiyanı uğurla icra edir. Xüsusilə dövlətin mediaya dəstəyinin ədalətli şəkildə bölünməsində göstərilən həssaslıq ən vacib amildir ki, agentliyin indiyə qədər keçirdiyi bütün müsabiqələrdə bu kriteriya çox dəqiq gözlənilir. Bu dəfəki müsabiqə də ədalətli seçimin edilməsi və daha az təminatlı media subyektlərinin diqqətdə saxlanılması ilə diqqət çəkdi. 

Qaliblər arasında Demokrat.Az xəbər saytı da var. Ədalətli seçiminə və verdiyi dəyərə görə MEDİA Agentliyinə təşəkkür edirəm.

Qalib olan digər redaksiyalara da təbriklər və uğurlar!

Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top