Günay İbrahimli verdiyi sözə əməl etmir: Yenə qayda pozur — VİDEO

ŞOU-BİZNES 20 iyun 2024, 00:03
Müğənni Günay İbrahimli idarə etdiyi avtomobillə qayda pozaraq özünü videoya çəkib.

Demokrat.az xəbər verir ki, o, hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib.

Qeyd edək ki, müğənni bir neçə il bundan əvvəl sükan arxasında qayda pozaraq videosunu paylaşmışdı. Həmin video əsasında Dövlət Yol Polisi İdarəsi xanım müğənnini məsuliyyətə cəlb etmişdi. Bundan sonra Günay İbrahimli mediaya açıqlamasında bildirmişdi ki, qanunda yazılan cəriməni ödəyəcəm və bir daha bu cür addım atmayacam.

Təəssüf ki, müğənni verdiyi sözə əməl etmədi. (​​​​​​​Avtosfer.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top