Anar Ələkbərov Əminə Ərdoğanla görüşdü

GÜNDƏM 07 iyn 2024, 21:03

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Əminə Ərdoğan "X" platformasında bildirib.

Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Bu kontekstdə əməkdaşlıq məsələləri müzakirə olunub.

"Bütün dünya liderlərini iqlim mövzusunda bir araya gətirən bu əhəmiyyətli Zirvəyə Azərbaycanın ev sahibliyi etməsindən duyduğumuz sevinci bir daha vurğuladım.

Türkiyə olaraq qardaş ölkəmiz Azərbaycanın daima yanındayıq", - Türkiyənin birinci xanımı paylaşımında qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top