Daha bir şəhid atasının müraciəti qısa zamanda həllini tapdı — VİDEO

SOSİAL 26 may 2024, 12:29
17 yaşınadək rəssam-dizayner olmaq arzusu ilə yaşayan Mirmusa Hüseynzadədə 44 günlük Vətən müharibəsi hərb peşəsinə maraq oyadaraq hərbçi olmaq istəyini ön plana çıxarır.

3 ildən sonra arzusunu reallaşdıran Mirmusa elə ön cəbhədə, 2023-cü ilin  sentyabrında 23 saatlıq antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalır.

Bugün şəhid və qazi ailələrinə göstərilən  dövlət dəstəyinin davamı kimi SOCAR-ın “Azəriqaz” İB Mirmusa Hüseynzadənin atasının müraciətinin qısa zamanda həllinə nail olub. Daha dəqiq Vüqar Hüseynovun müraciəti əsasında Lənkəran rayonu, Girdəni kəndində şəhid ailəsinə məxsus həyətyanı torpaq sahəsinin önündən keçən qaz xəttinin yeri dəyişdirilərək qapı keçidi quraşdırılıb.

Ətraflı video materialda:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top