Tərtərdə 15 yaşlı oğlan niyə qətl törədib? — TƏFƏRRÜAT

KRİMİNAL 16 apr 2024, 10:28
Tərtər rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 2009-cu il təvəllüdlü Fuad Qulizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, bu ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, hadisəni törədən yeniyetmə içkili vəziyyətdə olub. İçkinin təsiri altında mübahisə edən yeniyetmlərin sözləri bir-birinin boğazından keçməyib. Sonda dəhşətli qətl hadisəsi baş verib. 

Hadisəni törədən Fuad Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top