Ceyhun Bayramov konfrans iştirakçılarını COP29-a hazırlıq barədə məlumatlandırdı

COP29 15 apr 2024, 12:36
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasını Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumatlandırıb.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan XİN başçısı "X" hesabında yazıb.

"Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında iştirak və çıxış etməkdən məmnunam. Qlobal transformasiya problemlərinin həlli üçün regionumuzda əməkdaşlığın vacibliyini vurğuladım. COP29 və regionda münaqişədən sonrakı vəziyyət haqqında da məlumat verdim",- o bildirib.

C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə olduğu kimi "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin rəsmi Bakının əsas prioritetlərindən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top