Yoğun bağırsaq xərçəngini müəyyən edən test hazırlandı

DÜNYA 15 mart 2024, 22:15
Yeni bir araşdırmaya görə, sadə bir qan nümunəsindən istifadə edərək 83 faiz dəqiqliklə kolon xərçəngini aşkar edə bilən test hazırlanıb. 

Demokrat.az xəbər verir ki, sözügedən araşdırmanın nəticələri "New England Journal of Medicine"nin son sayında dərc edilib.

ABŞ-nin Sietl şəhərindəki Fred Hutçinson Xərçəng Araşdırma Mərkəzinin alimi Uilyam M Qreydi jurnala açıqlama verib.

O, bu tədqiqatın nəticələrinin kolon xərçənginin erkən aşkarlanması və daha asan müalicəsi istiqamətində perspektivli addım olduğunu vurğulayıb.

"Dəqiqlik dərəcəsi daha yüksək olan bu test, mövcud test seçimlərindən imtina edən xəstələr üçün də alternativ ola bilər", Qreydi əlavə edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top