İdman

Ərəbistan klubu ardıcıl 28 qələbə ilə dünya rekordu qırdı

Ərəbistan klubu ardıcıl 28 qələbə ilə dünya rekordu qırdı

Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ardıcıl 28-ci qələbəsini qazanaraq futbolda ən uzun qələbə seriyasına malik komanda olub.

Demokrat.az xəbər verir ki, portuqaliyalı Xorxe Xesusun çalışdırdığı "Əl Hilal" AFC Çempionlar Liqasının 1/4 final mərhələsində "Əl İttihad"la üz-üzə gəlib.

King Abdullah Sports City Stadionunda keçirilən qarşılaşmada 2:0 hesabı ilə qalib gələn "Əl Hilal" turnirin yarımfinalına yüksəlib və "Əl Ayn"la qarşılaşıb.

Bütün yarışlarda ardıcıl 28-ci qələbəsini qazanan Səudiyyə Ərəbistanı təmsilçisi bu sahədə yeni rekordçu olub.

Qeyd edək ki, bundan əvvəl Uels komandası “The New Saints” 2016-2017 mövsümündə ardıcıl 27 qələbə qazanmışdı.

Aysu Demokrat.az

D
demokrat.az