Özəl

Gedson Fernandes yenidən Türkiyədə? - Açıqlama

Gedson Fernandes yenidən Türkiyədə? - Açıqlama

Karyerasını Rusiyanın "Spartak Moskva" klubunda davam etdirən Gedson Fernandesin Türkiyəyə qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Demokrat.az xəbər verir ki, Süper Liqa klublarından "Qalatasaray", "Rizespor" və "Beşiktaş"da çıxış etmiş portuqaliyalı yarımmüdafiəçinin "Trabzonspor"la danışıqlar apardığı və yenidən Türkiyədə oynamağa müsbət yanaşdığı iddia edilmişdi.

Lakin futbolçunun menecerlər şirkəti "Gestifute" bu məlumatları təkzib edib. Şirkətdən "Sport24"ə verilən açıqlamada Gedson Fernandesin "Trabzonspor"a transfer olunmasının gündəmdə olmadığı bildirilib.

Açıqlamada qeyd olunub ki, 27 yaşlı futbolçu "Spartak Moskva"da özünü xoşbəxt hiss edir və karyerasını Rusiya klubunda davam etdirmək istəyir.

Gedson Fernandes 2025-ci ilin yayında "Beşiktaş"dan "Spartak Moskva"ya keçib. Transferin məbləği 20,7 milyon avro, bonuslarla birlikdə isə 28 milyon avroya çatıb.

Portuqaliyalı futbolçunun Rusiya klubu ilə 2029-cu ilin iyununa qədər müqaviləsi var. Gedson indiyədək "Spartak Moskva"nın heyətində 47 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Jalə

JD
Jalə Davud