Sabirabad sakini özünə xəsarət yetirib

HADİSƏ 09 mart 2024, 09:00
Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Səmədov Əjdər Elşad oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, Ə. Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top