![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/2/16/1/1c09441e-70dd-4a0f-8adb-fe5df8962aff/1708067883_1708067580_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-1.jpg)
Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova saxlanılıb. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirib.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb.
O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmiş və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 (üç milyon) manatdan artıq zərər vurub.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.