Antalyada dəhşətli sel — Vətəndaşlar təxliyə edilir

HADİSƏ 13 fev 2024, 19:28
Antalyada güclü yağış nəticəsində baş verən sel səbəbilə 989 vətəndaş bölgədən təxliyə edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, bölgəyə yardım üçün 248 personal göndərilib:

“Bundan əlavə, əraziyə 63 texnika, 24 motor nasos və 13 dalğıc ayrılıb. İlkin əməliyyatlar nəticəsində 989 vətəndaş təxliyə edilib. Antalyaya və seldən zərərçəkən vətəndaşlarımıza şəfalar diləyirəm”. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top