Bakıda yaşayış binasında YANĞIN: Zəhərlənən var

HADİSƏ 08 fev 2024, 08:35
Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 10 nəfər sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top