Alsu 18 illik həyat yoldaşından ayrılıb?

DÜNYA 04 fev 2024, 21:45

40 yaşlı müğənni Alsu uzun müddət sonra ilk dəfə əri ilə münasibətindən danışıb.

Axşam.az xəbər verir ki, uzun müddətdir hər kəs onun Yan Abramovla ayrılmasını müzakirə edir. Alsu bildirib ki, ayrılıq xəbərləri sadəcə şayiədir.

Müğənni 18 ildir ki, Yan Abramovla evlidir. Alsu əlavə edib ki, ərinin ona diqqəti və sevgisi heç vaxt azalmayıb. 

"Həyat yoldaşım gül və hədiyyələr verir. Amma düzünü desəm, 8 martı daha çox tanıyır. 14 Fevral onun üçün önəmli deyil" deyə, Alsu söyləyib.

Qeyd edək ki, 18 ildir evli olan Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top