Bakıda silahlı şəxs saxlanılıb

HADİSƏ 03 fev 2024, 14:45
Bakının Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları silahlı şəxsi saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top