Qəzzada ölənlərin sayı 25 min 700 nəfərə çatdı

DÜNYA 24 yan 2024, 18:23
Qəzza zolağında aylardır davam edən hərbi hücumlar zamanı həlak olan fələstinlilərin sayı 25 min 700-ə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölgəyə son 24 saat ərzində təşkil edilən hücumlarda daha 210 fələstinli həlak olub, 386 nəfər isə yaralanıb. 

7 oktyabr 2023-cü ildən bəri blokada altında olan Qəzza zolağına edilən hücumlarda həlak olan fələstinlilərin sayının 25 min 700-ə, yaralı sayının isə 63 min 740-a yüksəldiyi qeyd edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top