Dəmir yolu stansiyasında zəncirvari QƏZA — FOTOLAR

HADİSƏ 23 yanvar 2024, 12:14
Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Bu barədə Demokrat.az-a ADY-dən bildirilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

"ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top