"Vəsiyyət etmişəm ki, öləndə məni gizli basdırsınlar"

ŞOU-BİZNES 09 yan 2024, 23:10

"Övladlarıma, dostlarıma demişəm ki, ölsəm heç kimə deməyin. Gizli basdırın, heç kim bilməsin".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Elgizlə izlə" proqramında deyib. Sənətçi vəsiyyətini açıqlayıb:

"Deyirlər, tanınmış adamsan, evdən cənazə çıxanda bilməyəcəklər? Cavab verirəm ki, deyin, başqasıdır. Bu, yazılanlara görə istəmirəm bilinsin. Hərə bir söz yazır. Nə bilirsiniz kim nədən ölüb? Yasdara qadınlar qeybətə gəlir. Kişilər gizli işlərindən, bizneslərindən bəhs edəcək. Gəlib çəkməyin, ailəmi danışdırmayın. Heç kim deməsin, Nadir yaxşı oğlan idi. İndi də yaxşı oğlanam, qiymətimi verin. Gəlirsiniz halva yeməyə. Öləndən sonra oluram Peyğəmbər övladı".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top