Mələkxanım Eyyubova aparıcıları tənqid etdi — "Efirə çıxmaq istəmirik"

ŞOU-BİZNES 10 noy 2023, 17:33

"Aparıcıların üzərinə böyük məsuliyyət düşür. Aparıcıya efir tapşırılıbsa, ora kimlər gəlir? Hər bir kanal istəyir ki, oraya gözəl sənətkarlar gəlsin. Onlar da çox deyil axı. Sonra da boşluğu doldurmaqdan ötrü kimi çağırırsan? Bundan sonra sənətkarların həmin verilişə ayağı dəymir. Çünki deyir ki, mən gəldiyim yer elə olmalıdır ki... Üzdən iraq oxuya bilməyən, ağzının danışığını bilməyənlər gəlir, sən onlara da dəyərli deyirsən, mənə də, onda nə fərqi qaldı? O zaman biz sənətkarların ayağı da həmin kanaldan, verilişdən çəkilir. Burada aparıcıların da təqsiri var. Çünki aparıcısan, illərdir gəlmisən və birdən reytinq xatirinə bunu edirsən. Bunu bu gün danışmasaq, sabah artıq uçuruma gedirik".

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyyubova "Gün işığında" verilişində qonaq olarkən deyib. O, aparıcıları tənqid edib və efirlərə dəvət olunan bəzi müğənnilərə görə, sənətkarların artıq verilişlərə çıxmaqdan imtina etdiyini vurğulayıb:

"Biz artıq bu uçurumdayıq. Çünki biz sənətkarlar, dostlarım gileyliyik. Ona görə də heç kəs efirə çıxmaq istəmir. Bu, artıq dəhşətdir. Sənətkarlarımız efirə çıxmaq istəmir. Bu nə deməkdir? Bu o deməkdir ki, kanallara, efirlərə kim ayaq açacaq? Artıq başqa söz demək istəmirəm. 

Olsun yeni gələn, heç tanınmayan. Biz də tələbələrimizi gətirib tanıdırıq. Amma mahnının sözləri var ki, adam evində, küçədə utanar onları deməyə, nəinki efirdən eşidəsən. Aparıcı ilə gələn qonağın danışıqları... Mən özüm də xalqın içindəyəm. Xalq artıq efirlərə baxmır. Bu dəhşətdir. Nə sənətkarlar efirə gəlir, nə xalq baxır. Soruşursan ki, dünən efirə baxmısan? Cavab verir ki, biz efirə baxmırıq. Çünki evdə onun həyat yoldaşı, anası, balası var, necə açıb ora baxsın?! Düzdür, zatən telefon əlimizdədir, dünya ovcumuzun içindədir. O özü bilər, amma bu mənim ailəmdir, onları buraxmıram içəri, bağlayıram televizoru. Niyə efirdən gözəl tar səsi gəlməməli, aktyorlar gözəl şeirlər səsləndirməməlidir? İntertdə baxıram, insanlar sevir, gözəl sözlər yazırlar. İnsanlar buna acdır. Çağırın, elə efirdən səsləndirsinlər. Allah sənətkarlarımıza rəhmət etsin, bir daha gəlməyəcəklər. Yetişmirlər. Niyə yetişmirlər, çünki deyirlər ki, vəziyyət belədir. İstəmirəm desinlər ki, "belədir də". İstəyirəm ki, əl-ələ verək. Əslində biz zəbt etməliyik efirləri, ən çox biz danışmalıyıq, sənətkarlarımız gəlib ifa etməlidirlər. Gənclərimiz də görməlidir ki, kimlər var".

M.Eyyubova sosial mediada sənətçilərin ünvanına yazılan tənqid dolu şərhləri isə pisləyib:

"Sosial şəbəkəyə baxanda başqa-başqa sözlər yazamasınlar. Onda sənətkarlar inciyir. Deyirlər, biz canımızı qoymuşuq sənətin yolunda, 30-40-50 il bu mədəniyyəti, musiqini dünyanın hər yerində təbliğ etmişik. Çətin dövr idi, biz həm ifaçı olmuşuq, həm də əlmizdə silah. Mikrafon bizim silahımız olub. savaş aparmışıq. Amma o yazılara baxanda istər-istəməz kövrəlirsən. Düşünmürəm ki, onu yazan xalqdır. Sənət adamları uşaq kimi kövrək olurlar". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top