Həbsdə olan 21 İran vətəndaşı azadlığa buraxıldı

HADİSƏ 26 iyl 2023, 17:35
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 21 iranlı əfv olunaraq azadlığa buraxılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Bəyanatda deyilir:

"BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın təsdiqi ilə həbsdə olan 21 iranlı məhbus azadlığa buraxılıb.

Azadlığa çıxan İran vətəndaşları Əl Nəhyan tərəfindən əfv edilib və inzibati prosedurlardan sonra ölkələrinə qayıdacaqlar".

Onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddət saxlandıqları barədə məlumat verilməyib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top