Türkiyə Ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 848-ə çatdı

REGİON 20 iyl 2023, 19:19
Türkiyə Ordusu son bir həftədə ölkədaxili və sərhədyanı hərbi əməliyyatlarda 35 terrorçunu zərərsizləşdirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı mübarizəsi davam edir.

Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 35 terrorçu zərərsizləşdirilib. 

Beləliklə, bu il zərərsizləşdirilən terrorçuların sayı 848-ə çatıb. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top