Hindistanlı narkobaron Bakıda saxlanıldı — KİV

DÜNYA 10 iyl 2023, 22:45
Hindistanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda tutulub.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.

Hindistan vətəndaşı Prabhdeep Singh aeroport ərazisində saxlanılıb. Onun barəsində Hindistan Cinayət Məcəlləsinin 21, 25 və 29-cu (narkotik vasitələrin dövriyyəsi, satışı, daşınması və sair) maddələri ilə işin başlanılması və İnterpolun Dehli Bürosu tərəfindən beynəlxalq axtarış elan edilməsi məlum olub.

Saxlanılan şəxs Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top