Qubada 26 yaşlı qız ərindən boşanan bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 05 iyn 2023, 10:39
Quba rayonunda 1997-ci il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı bacısı Sevincə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 14-də Quba rayonunun kəndində baş verib. 

Aynurə kənddə yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Sevincin başından vuraraq ona xəsarətləri yetirib.

Hadisəni törədən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Sevinc onun doğma bacısıdır: 

“Martın 14-də, təxminən saat 17 radələrində evdə bacım mənim telefonumun adaptrını cərəyandan çıxardı və masanın altına qoyduğuna görə ona etirazımı bildirdim. Bununla bağlı aramızda mübahisə yarandı. Həmin vaxt bacım mənim ünvanıma nalayiq ifadə işlətdiyi üçün əsəbləşdim. Stolun üzərində olan çay stəkanını götürərək onun başına vurdum”. 

İş üzrə zərərçəkmiş qismində tanınan Sevincin sözlərinə görə, həyat yoldaşından ayrıldıqdan sonra valideyinlərinə məxsus evdə valideyinlərilə birlikdə yaşayır: 

“Martın 14-də evdə olarkən bacım telefonumun adaptorunu cərəyandan ayırdı və stolun altına qoyduğu üçün onunla  aramızda mübahisə yarandı. Həmin vaxt bacım stolun üzərində olan stakanı başıma vurdur. Mən də başımdan xəsarət aldım”. 

Sevinc ifadəsinin sonunda bacısı ilə barışdığını bildirib. 

Ona qarşı şikayətu olmadığını deyib. 

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Aynurənin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top