Əməkdar artist: "120 min borcludurlar, ala bilmirəm"

ŞOU-BİZNES 05 iyn 2023, 08:49
Əməkdar artist Yusif Mustafayev ona borcu olan şəxslərdən gileylənib.

Demokrat.az
xəbər verir ki, bu barədə sənətçi "Ay Zaur" verilişində danışıb. Müğənni yaxın dostlarına ümumilikdə 120 min manatdan çox borc pul verdiyini bildirib:

"Mənə borcu olanlar! Pulu qaytarın, yoxsa adınızı efirdə çəkəcəyəm, biabr olacaqsınız. 2010-cu ildə yaxın dostum övladının toyu üçün 2 min manat pul istədi. Verməsəydim pis olacaqdım, əl tutdum. İndi ala bilmirəm. Siyahım da var, 8-10 nəfər pul borcludur. Bir nəfərə də 60 min vermişdim, cəmi 2100 manat qaytarıb. Zəng edəndə də deyir ki, verəcəm. Xoşum gəlmir dövlətə şikayət edim. Bu, ev yıxmaq olar. Mənə 120 min manatdan çox pul borcludurlar. Əliaçığam, amma bilirəm harada. İllərdir qaytarmırlar. İstəyə də bilmirəm. Dostlarıma çağırış edirəm, qaytarın. 10 manat da olsa, bu borcdur. Pulu da notarial qayda ilə vermişəm, mən ala bilmsəm, nəvələrim var".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top