SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

SOSİAL 03 iyn 2023, 14:35
Növbəti həftə (05-07.06.2023 və 09.06.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Demokrat.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Həsən bəy Zərdabi adına Park), 2-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Heydər Əliyev Muzeyinin qarşısı), 3-cü günü saat 14:00-dan 15:00-dək Mingəçevir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top