Saatlı sakini Mediasiya Xidmətində ondan boşanmaq istəyən arvadını döydü

HADİSƏ 12 may 2023, 12:29
Saatlı rayonunda 1988-ci il təvəllüdlü Adil ailə münaqişəsi zəminində həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 27-də baş verib. 

Adil həmin gün saat 17 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Mediasiya Xidmətində arvadı Vüsaləni döyüb. 

Adilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada protokol yazılıb. 

İş üzrə izahat verən Adil bildirib ki, bir müddət əvvəl arvadı Vüsalə nikahın pozulması üçün Mediasiya Xidmətinə müraciət edib: 

“Martın 27-də mediasiya prosesində iştirak etmək üçün mən də Mediasiya Xidmətinə dəvət etdilər. Mediasiya Xidmətində olan zaman arvadımı görərək ona boşanmağa razı olmadığımı bildirdim. Həmin vaxt arvadım məni nalayiq ifadələrlə söyüb, təhqir etdi. Buna görə də Vüsalənin boyun nahiyəsindən şillə ilə bir dəfə vurdum”.

Adilin barəsində olan inzibati protokola Saatlı rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin qərarı ilə Adil 300 manat miqdarında cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top