Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü

XARİCİ SİYASƏT 06 may 2023, 17:30
Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top