İtaliya A Seriyasının bombardiri zədələndi

İDMAN 01 apr 2023, 10:21
"Napoli" klubunun futbolçusu Viktor Osimhen "Milan"a qarşı İtaliya A Seriyasının XXVIII tur oyununu buraxacaq.

Demokrat.az xəbər verir ki, 25 yaşlı hücumçu əzələsindən zədə alıb.

Nigeriyalı forvardın vəziyyətinə bir həftədən sonra yenidən baxılacaq.

Qeyd edək ki, aprelin 2-də baş tutacaq "Napoli" - "Milan" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cari mövsüm 23 oyunda 21 qola imza atan Osimhen A Seriyasının bombardiridir. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top