Tramp siyasi təqibə məruz qaldığını açıqlayıb

DÜNYA 31 mar 2023, 22:45
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-York məhkəməsinin hakimlər heyəti tərəfindən ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib.

Birləşmiş Ştatların sabiq prezidenti bəyan edib ki, ona qarşı irəli sürülən ittihamlar siyasi təqib vasitəsi və seçkilərə ən yüksək səviyyədə müdaxilədir.

Həmçinin ABŞ-nin keçmiş lideri ona qarşı ittihamları toplayan prokuroru Nyu-Yorkda törədilən cinayətlərlə mübarizə aparmaq əvəzinə ABŞ-nin hazırkı Prezidenti Co Bayden üçün “çirkli iş görməkdə” ittiham edib.

Məlumat üçün qeyd edək ki, keçmiş Prezident Donald Trampa qarşı 30-dan çox biznes fırıldaqçılıq faktı üzrə cinayət işi açılıb.

Qeyd edilir ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top