Mbappe “Real Madrid” rəhbərliyinə xəbər göndərdi

İDMAN 31 mar 2023, 20:04
Kilian Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə keçmək istəyir.

Fransa millisinin kapitanı bununla bağlı “kral klubu”nun rəhbərliyinə xəbər göndərib. 24 yaşlı forvard anlayır ki, PSJ-də Çempionlar Liqasının qalibi olmaq arzusunu reallaşdırması çətindir. O, fikrini dəyişməyəcəyinə, hazırkı müqaviləsi başa çatdıqdan sonra PSJ-dən “Real Madrid”ə keçəcəyinə dair söz verib.

İspanlar öncəki uğursuz cəhdlərdən sonra bir daha Mbappeni transfer etmək üçün danışıq aparmayacaqlar. Madridlilər yalnız o halda futbolçunu heyətlərinə qatmağı düşünürlər ki, o, azad agent olsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top