İsraildə ümummilli tətil başa çatdı

DÜNYA 27 mar 2023, 22:53
İsrailin “Histadrut” Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə bazar ertəsi başlayan tətilin başa çatdığını elan edib.

Məlumata görə, qərar İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatının ən azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra qəbul edilib.

Qeyd edək ki, həmkarlar ittifaqları ilə yanaşı ölkə müxalifəti də islahatların əleyhinə çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top