Yevlaxda mikroavtobus təmizlik işçilərini vurdu — Ölən və yaralanan var

HADİSƏ 26 mar 2023, 11:27
Yevlaxda mikroavtobus təmizlik işçilərini vurub, bir nəfər ölüb, digəri ağır yaralanıb.

Demokrat.az
xəbər verir ki, hadisə səhər saatlarında Yevlax şəhər 7 saylı orta məktəbin yaxınlığında baş verib.

Sərnişin daşıyan mikroavtobus yolda təmizlik işləri ilə məşğul olan iki qadını vurub.

Qadınlardan biri Əsgərova Səbinə Rafiq qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. 

Digəri isə ağır durumda xəstəxanaya yerləşdirilib. 

Əldə edilən ilkin məlumata görə, qəza zamanı mikroavtobusda uşaqlar da olub.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top