Bakıda kişini avtomobil vuraraq öldürüb

HADİSƏ 12 fev 2023, 23:15
Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Ramazanov Maqsud Ziyyəddin oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı elə hadisə yerində can verib.

Ölən piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi Rayon Şöbəsinə yerləşdirilib.
Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Sürücü saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top