Pakistanın baş naziri və XİN rəhbəri Türkiyəyə GEDİRLƏR

DÜNYA 07 fev 2023, 13:05
Pakistanın baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Butto Zərdari Türkiyəyə səfər edəcəklər.

Demokrat.az
xəbər verir ki, bu barədə "The Times of Islamad" nəşri məlumat yayıb.

Bildirilib ki, sabah baş tutacaq səfər Türkiyə xalqına zəlzələ ilə bağlı mənəvi dəstək xarakteri daşıyır.

Səfər çərçivəsində Şərifin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top