Bakıda ərəb turist gecə klubunda öldü

HADİSƏ 07 fev 2023, 10:55
Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Baku Musical Center” gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top