Zelenski: “Ukraynaya 300-500 tank lazımdır”

DÜNYA 27 yan 2023, 23:47
Bizim Rusiya ilə müharibə üçün əlavə 300-500 tanka ehtiyacımız var.

Demokrat.az
xəbər verir ki, bu sözləri "Sky News"a müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

Ukrayna lideri ABŞ və digər Qərb ölkələrinə öz tanklarını Ukraynaya keçirmək qərarı verdiyinə görə  minnətdarlıq edib. Bildirib ki, bu texnikanı aldıqdan sonra döyüş meydanında özlərini rahat hiss edəcəklər.

Artıq ABŞ, Almaniya və Avropanın bir sıra digər ölkələri xidmətlərində olan tankları Ukraynaya təhvil vermək qərarına gəliblər. 

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Ukraynaya 31 ədəd "M1 Abrams" döyüş tankı göndərəcəyini bəyan edib. Almaniya isə Ukraynaya 14 ədəd "Leopard 2" tankları göndərəcəyini bildirib. Britaniya hökuməti bu ayın əvvəlində Ukraynaya 14 ədəd “Challenger” döyüş tankı və artilleriyaya aid silah-sursat göndərəcəyini bildirmişdi.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top