Gəncədə 4 nəfər dəm qazından zəhərləndi

HADİSƏ 02 yan 2023, 22:05
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayon bina 1, mənzil 24-də qeydə alınıb.

1956-cı il təvəllüdlü Təhminə Qurbanova, 2005-ci il təvəllüdlü Göhvər Hacıyeva, 1981-ci il təvəllüdlü Sevda Mirəliyeva və 1946-cı il təvəllüdlü Qəzəfər Qəribov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top