Gədəbəydə və Qazaxda dəm qazından zəhərlənənlər var

SOSİAL 01 yan 2023, 19:28
Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevta Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərlənib.

Qazaxda 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Zəhərlənən şəxsləri kimlikləri dəqiqləşdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top