Malayziyada torpaq sürüşməsində ölənlərin sayı 30-a çatdı

REGİON 22 dek 2022, 22:22

Malayziyanın Selangor şəhərindəki düşərgədə baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Demokrat.az  İHA-ya istinadən xəbər verir ki, bir neçə gün öncə paytaxt Kuala-Lumpurun şimalında, Selangor əyalətinin Batanq Kali rayonunda düşərgədə baş verən sürüşmə zonasında tarazlıq daha da pisləşib. 

Rəsmilərin verdiyi açıqlamaya əsasən, axtarış-xilasetmə işləri zamanı bir qadın, bir kişi və daha iki uşağın cəsədləri tapılıb. Bununla da, həyatını itirənlərin sayı 30-a nəfərə yüksəlib. Məlumata görə, dağıntılar altında qaldığı ehtimal olunan daha 3 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, Malayziyada torpaq sürüşməsi dekabrın 16-da qeydə alınmışdı.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top