Vasif Talıbovun istefa xəbəri Siyavuş Novruzovu efirdə çaşdırdı — ANBAAN VİDEO

GÜNDƏM 21 dek 2022, 15:16
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib. 

Demokrat.az
Bizim.Media-ya istinadən xəbər verir ki, Naxçıvandan seçilən deputat Siyavuş Novruzova Vasif Talıbovun istefa xəbəri canlı yayımda çatdırılıb. 

Deputatın istefaya reaksiyası isə maraq doğurub: 

“Bəli, yenə də qeyd edirəm ki, hər şey bir şəxsin iradəsindən asılıdır. İstefa bu formada olmalıdır. Yoxsa hansısa jurnalistlərin, siyasi partiya nümayəndəsinin dediyi kimi yox.  

Şaiyələr yayılmışdı ki, “camaat qalxacaq ayağa, ordu qalxacaq”. Amma gördüz ki, hər şey sakit qaydada həll olundu. Azərbaycanda kiminsə başqa birinə güc nümayişi kimi bir prosedur yoxdur”. 
Siyavuş Novruzovun “istefa bir şəxsin iradəsindən asılıdır” fikirləri ilə bağlı jurnalist “Söhbət Vasif Talıbovun iradəsindən gedir?” sualını ünvanlayıb. Deputat isə, söhbətin Cənab Prezidentin iradəsindən getdiyini bildirib və əlavə edib ki, istefa yalnız bu formada mümkündür. 

Həmin görüntüləri təqdim edirik: 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top