Bu ölkə qadınların universitetə daxil olmasını qadağan etdi

DÜNYA 20 dek 2022, 22:52
Əfqanıstanda qadınların ali təhsil müəssisələrinə daxil olmasına icazə verilməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Əfqanıstan Təhsil Nazirliyi məlumat yayıb.

Taliban hərəkatının nəzarəti altında olan nazirlik bildirib ki,  qadın tələbələrin növbəti bildirişə qədər ölkə universitetlərinə daxil olması qadağan edilib.

Dövlət və özəl universitetlərə Nazirlər Kabinetinin qərarına uyğun olaraq qadın tələbələrə girişi dərhal dayandırmaq tapşırılıb. // Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top