Vətəndaşlar TƏBİB-dən hansı hallara görə şikayət edirlər?

SOSİAL 20 dek 2022, 11:38
“2022-ci ildə TƏBİB-ə 2173 şikayət daxil olub”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu rəqəm ümumi müraciətlərin (8648) 25 faizini təşkil edir.

V.Qurbanov onu da əlavə edib ki, daxil olan şikayətlərin 28 faizi müayinə və müalicə prosedurları ilə bağlıdır:

“Şikayətlərin 20 faizi müəssisənin infrastrukturu, 13 faizi etik davranış qaydalarının pozulması, 13 faizi iş və əmək münasibətlərinin pozulması ilə bağlıdır”.

“Daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir. Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir”, - deyə V.Qurbanov sonda qeyd edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top