"Twitter" İlon Maskın şəxsi təyyarəsinin hərəkətlərini izləyən hesabı blokladı

DÜNYA 14 dek 2022, 20:59
"Twitter" sosial şəbəkəsinin sahibi, amerikalı iş adamı İlon Mask şəxsi təyyarəsinin hərəkətini izləyən hesabı bloklayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .

 2022-ci ildən hesab açan Mərkəzi Florida Universitetinin tələbəsi Cek Svini bloklanma ilə bağlı belə  şərh verib:

“Mask sözün əsl mənasında, azad sözü qoruduğu üçün heç nə etməyəcəyini söylədi, lakin bu, onun dediyinin tam əksidir”.

Svini əlavə edib ki, hesaba daxil olduqdan sonra bir mesaj görüb:

“Hesabınız dayandırılıb. Diqqətlə nəzərdən keçirdikdən sonra hesabınızın Twitter siyasətlərini pozduğu qənaətinə gəldik."

Hesab ictimaiyyətə açıq olan uçuş məlumatlarından istifadə edərək Maskın şəxsi təyyarəsinin hərəkətlərini izləyib və onlar haqqında avtomatlaşdırılmış xəbərdarlıqlar dərc edib.

Svininin sözlərinə görə, Mask dəfələrlə onunla əlaqə saxlayıb və səhifəni bağlamağı xahiş edib. 2022-ci ilin əvvəlində tələbə sahibkardan səhifəni 5000 dollara bağlamaq təklifi alıb, lakin o, 50.000 dollar tələb edərək bu məbləğdən imtina edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top