DÇ-2022: Kamerun-Serbiya matçında 6 qol vuruldu

İDMAN 28 noy 2022, 16:01
Futbol üzrə Dünya çempionatında "G" qrupunda ikinci tura start verilib. 

Demokrat.a
z-ın xəbərinə ilk olaraq Kamerun və Serbiya yığmaları qarşılaşıblar. 

Matçın tamamında qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. İlk olaraq hesabı avropalılar açsa da, 53-cü dəqiqəyə qədər hesab 3:1 serblərin xeyrinə dəyişib. 

Bununla belə, Kamerun millisi daha 2 top vuraraq, hesabda tarazlıq yaradıblar. 

Beləliklə, ilk oyunlarını uduzan hər iki yığmanın aktivində 1 xal var.

DÇ-2022, qrup mərhələsi, 
II tur
G qrupu
14:00. Kamerun - Serbiya - 3:3 

Qollar: Karles Kasteletto, 29 (1:0), Strainya Pavloviç, 45+1 (1:1), Milinkoviç Saviç, 45+3 (1:2), Aleksandr Mitroviç, 53 (1:3), Vinsent Abubakar, 64 (2:3), Erik Cupo-Motinq, 66 (3:3)

Qeyd edək ki, qrupun digər oyununda turnir cədvəlinin liderləri Brazilya və İsveçrə mübarizə aparacaq. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top