DÇ-2022: İspaniya Kosta-Rikanı darmadağın etdi

İDMAN 23 noy 2022, 22:02
Qətərdə keçirilən DÇ-2022-nin E qrupunda ilk tura bu gün yekun vurulub.

Demokrat.az-ın məlumatına görə, turun ikinci günündə İspaniya və Kosta-Rika üz-üzə gəlib.

Çempionluğa namizədlər sırasında olan avropalılar 12 il əvvəl əldə etdiyi titulu geri qaytarmaq üçün Asiyaya yollanıb. Luis Enrikenin yetirmələri ilk turun görüşünə də favorit kimi çıxıb.

Kosta-Rika ardıcıl üçüncü dəfə qatıldığı mundiala uğurlu nəticə ilə başlamaq arzusunda idi. 8 il öncə 1/4 finala qədər irəliləyən kosta-rikalılar yenidən sensasiyalı çıxışa imza atmaq üçün mübarizə aparsa da, buna nail olub. İlk hissədə 3, ikinci yarıda isə 4 cavabsız qol vuran ispanlar rəqibini darmadağın edib.

Qeyd edək ki, E qrupunda turun digər qarşılaşmasında Almaniya ilə Yaponiya qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan matçda sensasiya qeydə alınıb. Asiyalılar rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
E qrupu
İspaniya - Kosta-Rika 7:0


Qol: Dani Olmo, 11, Marko Asensio, 21, Ferran Torres, 31 (pen.), 54, Qavi, 75, Karlos Soler, 90, Alvaro Morata, 90+2, 

Apasport.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top