“Sülhməramlıların vəzifələrini layiqincə yerinə yetirmədiklərini hər kəs görür” — Polkovnik

GÜNDƏM 22 noyabr 2022, 20:56
“Bu gün geosiyasi arenada çox təhlükəli proseslər gedir. Təbii ki, bu proseslər Cənubi Qafqazdan da yan keçməyəcək”.

Bunu Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Ekspertin sözlərinə görə, bu gün Rusiyanın Cənubi Qafqazdan çıxarılma hədəfləri də görülməkdədir.:

“Sirr deyil ki, Ermənistanı silahlandıran havadarlar onlara gələcəkdə müəyyən sifarişlər verə bilər. Ermənilər bu sifarişlərlə Qarabağda müəyyən təxribatlar törədə bilər. Böyük dövlətlər öz maraqlarını bu regionda həyata keçirmək üçün Ermənistan ərazisindən bir vasitə kimi istifadə edir. Bu da gələcək təhlükələrdən xəbər verir.  Bundan sonra da atəşkəsin pozulması istisna olunmur. Bunlara isə cürbəcür faktorlar təsir göstərməkdədir. Ancaq bütün faktorlar təəssüflər olsun ki,  Azərbaycan maraqlarına uyğun deyil. Burada maraqlı olan digər qüvvələrin bu məsələdə niyyətləri toqquşmur. Həm Rusiyanın burada qalmasının təmin edilməsi, həm Fransaya ki burada yaşamağın mümkünsüzlüyü, həm ABŞ-ın, həm də ki, İranın maraqları üst-üstə düşmür. Belə olduğu halda atəşkəsin pozulması faktoruna biz tez-tez rast gələcəyik. Cənab İlham Əliyev məhz qələbədən sonra dərhal silahlı qüvvələrin gücləndirilməsi ilə bağlı apardığı işlər göz qabağındadır və ordumuz günü-gündən bütün istiqmətlərdəki inkişafı göz qabağındadır.

Digər bir məsələ isə Azərbaycanın ərazisində müvəqqəti yerləşən sülhməramlı qüvvələrinin ərazisində qanunsuz silahlı dəstələrinin olmasıdır. Əgər həmin ərazilərə silah daşınırsa, bu da o deməkdir ki, həmin silahlar müəyyən çirkin məqsədlər üçün daşınır”. 



Ş.Ramaldanov qeyd edib ki, rus sülhməramlıların bütün əməllərindən onların səmimi olmadığı açıq-aydın görünməkdədir:

“Onlar vəzifələrini layiqincə yerinə yetirmədiklərini hər kəs görür. Hətta beynəlxalq qurumlar da Rusiyanın sülhməramlı missiyasını ən etibarsız biri kimi tanıyır. Onların yerləşdiyi yerlərdə erməni terrorçuların təxribat törətməsi rus sülhməramlıların öz vəzifə və öhdəliklərinin necə yerinə yetirilməsinin sübutudur. Əgər ehtiyac olarsa, Azərbaycan hər an hərbi əməliyyatları başlamağa hazırdır. Qeyd edim ki, Azərbaycan ordusu günü-gündən müasir hərbi silahlar və texnikalarla təchiz olunmaqdadır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyul 2025, 12:50
Top